Almaniyalı turist: “Bakı trası digər traslardan yaxşı mənada tamamilə fərqlənir”

Yarışma 30 Aprel 2018 10:13 Oxunub 2252
Almaniyalı turist: “Bakı trası digər traslardan yaxşı mənada tamamilə fərqlənir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hər şey çox yaxşıdır”

"Bakı trası gördüyüm digər traslardan tamamilə fərqlənir". Bunu Trend-ə Bakıda Formula 1 Azərbaycan Qran Prisini izləyən almaniyalı turist Ulrike Şmidt deyib. O, artıq 12 ildir Formula 1 yarışlarını izlədiyini bildirib: "Bir çox ölkələrdə yarış trasının keyfiyyəti biletlərin qiymətinə uyğun deyil. Belə olan halda böyük pula rəğmən yarışdan daha az zövq almaq olur. Bu mənada Bakı trası tamamilə istisnadır". U.Şmidt qeyd edib ki, təşkilatçılar yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstəriblər: "Bura həqiqətən də xoşuma gəlir. Hotel də gözəldir. Hər şey çox yaxşıdır. Bakının ictimai nəqliyyatı isə idealdır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh