Məktəblinin etdiyi hərəkət hər kəsə örnək olub - VİDEO

Maraqlı 30 Aprel 2018 23:17 Oxunub 1937
Məktəblinin etdiyi hərəkət hər kəsə örnək olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İdris Abbasov tapdığı böyük məbləğdə pulu sahibinı qaytarıb

Tovuzlu məktəblinin etdiyi hərəkət hər kəsə örnək olub. Rayonun Əyyublu kəndində yaşayan 8-ci sinif şagirdi yol ilə gedərkən tapdığı pul qabını yaxınlıqdakı mağazanı işlədən şəxsə təqdim edib. Pul qabının içində isə 2 min manata qədər pul olub. Tapdığı böyük məbləğdə pulu sahibinə verdi. 15 yaşlı məktəblinin etdiyi hərəkət böyük rəğbətlə qarşılanıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Tovuzda baş verib. Rayonun Əyyublu kənd sakini 8-ci sinif şagirdi İdris Abbasov məktəbdən qayıdarkən İnşaat malları mağazasının qarşısından portmatan tapıb. Pul qabını açarkən içində xeyli pul və sənədlər olduğunu görüb. Yeniyetmə tapdığı pulları sənədlər və pul qabı ilə birlikdə yaxınlıqdakı obyektin sahibinə təqdim edib. Uşağın bu hərəkətini yüksək qiymətləndirən mağaza sahibi məktəbliyə etdiyi jestə görə mükafat qismində pul təklif etsə də, İdris Abbasov bundan imtina edib.

Pul qabını itirən isə elə həmin kəndin sakini Nicat Əhmədov adlı gənc olub.

İdris Abbasovun jesti kənd sakinləri tərəfindən də böyük maraqla və rəğbətlə qarşılanıb, bəyənilib. 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh