PPX-dən YPX-yə ezam olundular - Piyadaların təhlükəsizliyi üçün - FOTO

Yol polisi 1 May 2018 00:39 Oxunub 1701
PPX-dən YPX-yə ezam olundular - Piyadaların təhlükəsizliyi üçün - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilir

Yollarda piyadaların təhlükəsizliyinin təmin edilməsi və hadisələrin baş verməsinə bilavasitə təsir göstərən inzibati xətaların qarşısının alınması məqsədilə keçirilən profilaktik tədbirlərin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, DİN-nin Tədbirlər Planının “Piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin profilaktikasının gücləndirilməsinə dair” əmrinə əsasən Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının iki polis nəfəri Dövlət Yol Polisi Bölməsinə ezam olunub.

Polis serjantları Cəlal Qubatov və Azad Rəcəbov rayon ərazilərində hərəkətin intensiv olduğu yollarda hərəkət edən piyadaların təhlükəsizliyinin təmin edilməsi və insan tələfatı ilə nəticələnə biləcək ağır yol qəzalarının qarşısının alınması məqsədilə martın 10-dan etibarən DYPB-də xidmət aparırlar. Hərəkətin daha sıx olduğu ərazilərdə gördüyümüz polislərimiz piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadaları saxlayır, onlarla maarifləndirici söhbətlər aparırlar. Piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verərək, piyada zolağlarından istifadə etmələri bildirirlər.

Bundan əlavə, dərslərin bitdiyi vaxtlarda məktəb ətraflarında sagirdlərin təhlükəsiz hərəkət etməsi istiqamətində tədbirlər həyata keçirir, yaşlı insanlara piyada keçidlərində hərəkət edərkən köməklik göstərirlər.

Vətəndaşlar polis əməkdaşlarının apardıqları xidməti yüksək qiymətləndirilərək, öz təşəkkürlərini bildirirlər.

 

Nizam Həmidov,

polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh