Avtosfer.az 4 yaşını qeyd edir

Avtoxəbər 1 May 2018 08:33 Oxunub 997
Avtosfer.az 4 yaşını qeyd edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siz dəyərli oxucuların dəstəyini hər zaman hiss edir və bunun davamlı olmasını arzulayırıq!

Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilir. 

Oxucular avtomobillər haqqında yeniliklər, yol hərəkəti qaydaları haqqında maarifləndimə məlumatlarını, o cümlədən maraqlı videoları portaldan izləyə bilirlər. Qayda pozan sürücülər, yol polisləri AvtosferTV-nin kameralarından yayınmır. Dəfələrlə portalda qayda pozan şəxslərin yaynmlanmış videoları öz nəticəsini verib. 

Oxucularla interaktiv şəkildə işləyən portal “Suallara cavab” bölməsi ilə ünvanlanan suallara peşəkar ekspertlərin cavablarını təqdim edir.

Avtosfer.az-ın kollektivi hər zaman sürücülərə, piyadalara qaydaları pozmamağı tövsiyə edən maarifləndirici məlumatlar tədqdim edir.

Siz dəyərli oxucuların dəstəyini hər zaman hiss edir və bunun davamlı olmasını arzulayırıq!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh