Formula 1-ə görə Bakıya gələnlərin sayı 31 faiz artıb

Yarışma 1 May 2018 11:26 Oxunub 1865
Formula 1-ə görə Bakıya gələnlərin sayı 31 faiz artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71 451 tamaşaçı gəlmişdi

Aprelin 29-da başa çatan Formula 1 Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib. Trend-in məlumatına görə, bu barədə Formula 1-in mətbuat xidmətinin "Tvitter"dəki səhifəsində qeyd olunub. Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Xatırladaq ki, keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71 451 tamaşaçı gəlmişdi. Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh