Özünə və maşınına yer tapmayan sürücülər - FOTOLAR

Avtosfer Foto 1 May 2018 15:01 Oxunub 2494
Özünə və maşınına yer tapmayan sürücülər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məgər hüquq və azadlıq maddi imkanın yaxşı olması, bahalı avtomobillə ölçülürmü?

Bakı Nəqaliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “facebook”da səki və piyada keçidlərində park edilən avtomobillərin fotolarını paylaşıb. İşin qanuni tərəfi aydındır. 20 manat cərimə. Amma fotolarda elə avtomobillər var ki, qiyməti yüz minlə ölçülür. Yəni bu insanlar üçün 20 manat elə də böyük məbləğ deyil. Amma...

Məsələnin bir də mənəvi tərəfi var. Axı bu insanlar başqalarının yolunu kəsdiyini bilmirlərmi? Təbii ki, çoxları qanunlardan xəbərdardır. Bəs görəsən niyə belə edirlər? Axı niyə özlərini digərlərindən üstün bilirlər? Məgər hüquq və azadlıq maddi imkanın yaxşı olması, bahalı avtomobillə ölçülürmü? Səki üzərində avtomobilini park edən şəxs görəsən ordan əlil arabası ilə keçən adamın yolunu kəsdiyini bilmirmi? Yaxud digər şəxslərin məcbur olub yolun hərəkət hissəsinə çıxması və avtomobillə vurulması hallarının ola biləcəyini dərk etmirmi? Bu insanlar səkinin piyada üçün nəzərdə tutulduğunun fərqində deyilmi? 

Belə çıxır ki, əgər bunun fərqini bilmirsə o zaman yeməyi də ağzı ilə deyil, qulağı ilə yeyir?

Bütün bu sualların cavabını yəqin ki, təqdim edəcəyimiz fotolardakı avtomobillərin sahibləri oxuyub özlərinə cavab verəcəklər. Amma dünyanın bir çox ölkələrində ictimai qınaqlar var. Məsələn, Avropa ölkələrində bu cür addım atan sürücülərin avtomobillərini cızır, zərər vurur, yaxud üzərinə müxtəlif stikerlər yapışdırırlar. Ən azından həmin şəxslərə ictimai qınağı çatdırırlar. 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh