Narkotikin təsiri altında "avtoşluq" edən taksi sürücüsü - FOTO

Yol polisi 1 May 2018 17:49 Oxunub 6143
Narkotikin təsiri altında "avtoşluq" edən taksi sürücüsü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətinə də inzibati olaraq həbs edilib

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün stasionar postunda avtoxuliqanlıq etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılan sürücü Təvəkkül İsgəndərov yol polislərini əməlli-başlı çaşdırıb. Belə ki, sürücünün hərəkətləri şübhə doğurduğu üçün narkoloji  test üçün stasionar posta dəvət edilib. Narkotester vasitəsilə ilə sürücü yoxlanılıb. Məlum olub ki, sürücü narkotik maddələrin təsiri altında avtomobil idarə edib. 

Sürücü haqqında toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilib. Onun idarə etdiyi 90-PR-958 dövlət nömrə nişanlı avtomobil hərəkətdən uzaqlaşdırılıb və duracağa yerləşdirilib.

Məhkəmənin qərarı ilə sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin 511.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi təsdiqini tapıb. Sürücü bir il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətinə də inzibati olaraq həbs edilib.

Qeyd edək ki, Təvəkkül İsgəndərov taksi xidməti ilə məşğul olurmuş.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh