Qardaşını maşınla vurub öldürdükdən sonra görün nələr edib - Bərdədə - FOTO

Avtosfer Foto 2 May 2018 10:09 Oxunub 2369
Qardaşını maşınla vurub öldürdükdən sonra görün nələr edib - Bərdədə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərhum gizli şəkildə dəfn olunsa da, polis cinayətin üstünü açıb

Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub. Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb. Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib. Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh