Şəbnəm Tovuzlunun sevgilisi bu iş adamı imiş - FOTOLAR

Avtosfer Foto 2 May 2018 12:24 Oxunub 7615
Şəbnəm Tovuzlunun sevgilisi bu iş adamı imiş - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç fotoda ikisinin ayrı-ayrı adamlar olduğu güman edilir

Son zamanların qalmaqallı müğənnisi Şəbnəm Tovuzlunun sevgilisi ilə fotoları ortaya çıxıb. Görüntülərdən sənətçinin həmin şəxslə isti münasibətdə olması aydın şəkildə sezilir. Adı çəkilən müğənninin daha əvvəl də bir nəfərlə fotosu yayılmışdı. Onun sənətçinin həmkarı olan Ərşad adlı şəxs olduğu deyilirdi. Üç fotoda ikisinin ayrı-ayrı adamlar olduğu güman edilir. Fotodakı şəxslərdən birinin Şəbnəm Tovuzlunun sevgilisi Famil qoçu oğlu Xəlilov olduğu bildirilir. O, "Sipark" şirkətinin təsisçilərindən biridir, Seymur İsayevlə biznes ortağıdır. 

Sfera.az xəbər verir ki, bu iki şəxsin adı müxtəlif qalmaqallarda hallanıb. Onlar əvvəllər "Eurostroy" MMC adı altında fəaliyyət göstərib, paytaxtın müxtəlif ərazilərində binalar tikiblər. Dələduzluqla məşğul olduqları üzə çıxdıqdan və dövlət orqanları tərəfindən adları qara siyahıya alındıqdan sonra şirkətin adını dəyişiblər. Hazırda "Sipark" adı ilə fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, bu fotoları ilk dəfə "İcmal.az" saytı yayımlayıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh