Yol polisi saxta pul satanları yaxaladı – Şəmkir postunda

Yol polisi 2 May 2018 14:13 Oxunub 2052
Yol polisi saxta pul satanları yaxaladı – Şəmkir postunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkənin müraciətindən heç bir saat keçmədən işin üstü açılıb

Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə  ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.  

Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh