Formula 1-də polisin ağır və peşəkar xidməti

Yol polisi 2 May 2018 14:17 Oxunub 1206
Formula 1-də polisin ağır və peşəkar xidməti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qonaqlar bu təhlükəsizlikdən razılıqlarını bildirir

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi bir qədər obrazlı desək, normaya çevrilib. Avropa, Dünya çempionatlarının, beynəlxalq mötəbər yarışların ölkəmizdə keçirilməsi səbəbindən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu yarışların keçirilməsində Azərbaycan öz standartlarını yaradıb. 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə təşkil olunan “Bakı-2015” Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula-1 yarışlarını layiqincə təşkil etməklə ölkəmiz dünyanın  idman tarixində öz sözünü dedi. Bu yarışlar həm də ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi.

Bu günlərdə keçirilən "Formula-1" yarışları isə dünyanın bir çox ölkəsindən gələn azarkeşlər tərəfindən izlənilmişdir. Yarış iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrin dostluq və qardaşlıq şəraitdə çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış oldular. "Formula-1" Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

“Formula-1” yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Belə tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən, ilk növbədə, sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər.

Onu da qeyd edək ki, polisi əməkdaşları Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və həmin yarışların keçirildiyi günlərdə qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Qonaqların razılığını öz sözləri ilə desək yaxşıdır.

Norveçdən gəlmiş Marqarita Durso notbukunu itiriməsi haqqında polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qısa vaxtda müsbət nəticə verib. Turistin notbuku tez bir zamanda tapılaraq özünə qaytarılıb. Marqarita Durso bununla əlaqədar DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Öz məktubunda o, ümumən turistlər adından özlərini son dərəcə təhlükəsizlik şəraitində və sərbəst hiss etdiklərindən razılığını bildirib, Azərbaycan Polisinə minnətdarlığını ifadə edib.

Aprelin 28-də Polşalı turist də DİN rəhbərliyinə müraciət edərək, taksidə unutduğu içində sənədləri, pulu və bank kartları olan çantasının polis əməkdaşları tərəfindən təcili tapılaraq qaytarılmasından razılığını bildirib.

 

Ruhiyyə Əliyeva,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh