Duman faralarından istifadə məcburi deyil – SUALIN CAVABI

Yarışma 13 Yanvar 2015 00:50 Oxunub 2212
Duman faralarından istifadə məcburi deyil – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını təqdim edir. Sual nəqliyyat vasitələrinin işıq cihazlarından istifadə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Aşağıdakı hallardan hansında nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə məcburidir?

A) Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində;

B) Məhdud görünmə şəraitində;

C) Nəqliyyat vasitəsinin yaxın və ya uzaq işıqları yandırılmalı olduğu istənilən halda;

Ç) Mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;

D) Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda məcburi deyil.

Suala ilk və doğru cavabı Abdulla Zeynalov adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol» avtomobil yağlarından 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

İndi isə gəlin, sualın daha dəqiq və ətraflı cavabı ilə tanış olan. Ölkəmizin yol hərəkətinə dair qanunvericiliyimizdə nəqliyyat vasitələrinin qabaq duman faraları ilə təchiz edilməsi məcburi sayılmır. Ona görə də “Yol hərəkəti haqqında" Qanunun 73-cü maddəsinin 5-1-ci hissəsi qabaq duman faralarından istifadə edilə biləcək halları sadalayır, lakin bu norma imperativ xarakterli deyil. Yəni həmin hallarda qabaq duman faralarından istifadə edib-etməmək sürücünü öz ixtiyarına buraxılır. Deməli, sualın doğru cavabı “D” variantı olacaq:  Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda məcburi deyil.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh