“İkinci əl avtomobillər “real baha qiymətinə” düşəcək” – YENİDƏN UCUZLAŞMA

Avtobazar 3 May 2018 12:41 Oxunub 2773
“İkinci əl avtomobillər “real baha qiymətinə” düşəcək” – YENİDƏN UCUZLAŞMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ümumi fonda qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti 1000-1500 manata qədər düşəcək”

“Avtomobil bazarında qiymətlər qalxmır. Çünki qalxa biləcəyi ən yüksək həddə çatıb. Bugünkü avtomobil bazarında qiymətlər əslində real qiymətlər deyil. Bu baxımdan, üzü yaya doğru avtomobil bazarında qiymətlər düşməkdə davam edəcək”. Avtosfer.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib. O bildirib ki, iyun ayına qədər ikinci əl avtomobil bazarında qiymətlərdə 10-15% civarında enmə gözlənilir:”Ümumi fonda qiyməti 10 min manata qədər olan avtomobillərin qiyməti 1000-1500 manata qədər düşəcək. Başqa sözlə, avtomobillər özünün “real baha qiymətinə düşəcək. Qiymətlər hər bazar hissə-hissə düşməklə iyun ayında artıq daha fərqli olacaq”.

Rusiya və köhnə Almaniya avtomobilləri ucuzlaşacaq

Ekspert bildirib ki, ucuzlaşma daha çox Rusiya istehsalı olan və köhnə Almaniya avtomobillərində  müşahidə ediləcək:“Niva”, “Piriora”, “Vaz 21015” kimi modellərə hələ də maraq var. Bu avtomobillər ona görə alınırdı ki, həm mexanikadı, həm də soyuq havalarda daha əlverişlidi. Nəzərə alsaq ki, bunların böyük hissəsində kondisioner yoxdu, üzü yaya doğru bu avtomobillər öz aktuallığını itirə bilər. Bundan əlavə, köhnə “Mercedes” və “Opel” modellərində də ucuzlaşma olacaq”.

Qiyməti 20 min manat olan avtomobillər ucuzlaşmayacaq

Dəyəri 20 min manat civarında olan avtomobillərə əsasən taksi bazarında tələbat olduğu üçün qiymətlər nisbətən stabil olaraq qalacaq. V.Hüseynov bildirib ki, söhbət “Hyundai Accent”, “Kia Rio” və “Kia Sportage” kimi modellərdən gedir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh