Bu bürclərdə doğulanlar daha çox qəza törədir - QƏZA FALI

Xəbərlər 9 May 2014 01:41 Oxunub 2777
Bu bürclərdə doğulanlar daha çox qəza törədir - QƏZA FALI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bürclərin də avtomobil qəzalarına təsiri varmış

Bir şirkət bürclərin avtomobil qəzalarına təsiri məsələsini araşdırıb,hansı bürcdən olanlar avtomobili necə idarə etməsi barədə tədqiqat aparıb. Əvvəlcə daha çox zarafat kimi qəbul edilən bu tədqiqat, sonradan ciddi diqqət çəkən bir mövzuya çevrilib. Avtosfer.az-ın verdiyi məlumata görə, həmin tədqiqatımn nəticələrindən məlum olub ki, yol-qəza hadisəlrinin törədilməsində birinci yeri “Tərəzi” bürcündən olanlar tutub. İkinci yerdə “Qoçlar”, üçüncü yerdə isə “Dolça” bürcündən olanlar gəlir. Ən çox qayda pozan “Baliqlar”dır. Ən az qəza törədənlər “Əkizlər” hesab olunur. Ona görə də, əvvəla,bu məlumatı oxuyub onun təsirinə düşərək həyacanlanmamaq lazımdır. 

İkincisi, “Tərəzi”, “Qoçlar” və “Dolça”lar avtomobili idarə edərkən maksimim ehtiyatlı və sayıq olmaqla, bu tədqiqatın nəticələrinin özünü doğrultmasına imkan verməməli və özünün bu məsələdə istisna təşkil etməsini sübuta yetirməlidir.Bu kimlərinsə həyatını xilas etmək baxımından çox faydalı olar. Həm də kolleqa, dostlarla söhbət edərkən, xüsusən də taksiyə oturarkən sürügünün hansı bürcdən olmasını və sürücülük tarixində nə qədər qəza ilə üzləşdiyini də bilmək bu tədqiqatın nə dərəcədə həyati olduğunu bilməkdən ötrü maraqlı olar ki, doğrudanmı belədir?

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Arzu 10 Noyabr 2014 22:55
bow sohbetdi.dogru deyil.terezi,qoc burcunden tanidigim varki,cox gozel avtomobil idare edir,illerin surucusudu.