Sürücü yol polisləri ilə şəkil paylaşdı - Səbəbi hamıya xoş təsir etdi - FOTO

Yol polisi 3 May 2018 16:41 Oxunub 4914
Sürücü yol polisləri ilə şəkil paylaşdı - Səbəbi hamıya xoş təsir etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mənə usta tapmağımdan, ehtiyyat hissəsi almağıma qədər köməklik etdilər"

Yol polisinin daha bir nümunəvi əməli sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, Samir Aslanov adlı sürücünün idarə etdiyi avtomobil nasazlıq səbəbindən yolda qaldığı üçün ona Yevlax rayonu ərazisində yerləşən YPX postunun əməkdaşları köməklik göstərib. Sürücünün sözlərini olduğu kimi sizə çatdırırıq:- "Bu gün indiyə qədər eşitmədiyim ve görmədiyim bir hadisənin şahidi oldum. Deməli, maşınım müəyyən səbəblərdən Goran yolunda xarab oldu. Gördüyünüz bu yol polisi əməkdaşları Yevlax postunun əməkdaşları idi. Bunlar mənə usta tapmağımdan, ehtiyyat hissəsi almağıma qədər köməklik etdilər. Təşəkkürlər..."

Bu cür nümunəvi xidmətə, insanlara verdikləri dəyərə,qayğıya görə Avtosfer.az adından həmin əməkdaşlara dərin təşəkkürümüzü bildiririk.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh