Bir anda 600 min dollar yola dağıldı - Video

Maraqlı 3 May 2018 23:57 Oxunub 1472
Bir anda 600 min dollar yola dağıldı - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis pulları könüllü şəkildə təhvil verməyi məsləhət görüb

Zirehli avtomobil hərəkətdə olan zaman qəfildən arxa qapısı açılıb və bu zaman dollarla dolu olan torbalar şosseyə dağılıb. Avtosfer.az xəbər verir ki, “TASS”a istinadən xəbər verir ki, hadisə ABŞ-ın İndiana ştatında qeydə alınıb. Avtomobil isə “Brinks” şirkətinə məxsus olub.

“Əskinazlarla dolu torba yola dağıldı. Baş verənlər hər hansı filmdən səhnəni xatırladırdı. Pullar hər tərəfə səpələndi. İnsanlar maşınlardan düşüb, onları toplamağa başladı. Hər gün şosselərdə dolların necə dağıldığını görə bilməzsiniz. Xaos yaşanırdı”, - deyə yol polisi Brok Makkoy bildirib.

Məlumata görə, pul daşıyan avtomobilin sürücüsü yalnız digər sürücülərin xəbərdarlıq siqnalından sonra dayanıb. Ehtimal edilir ki, 600 mindən çox dollar yola səpələnib.

Polis pulları toplayanlara çağırış edərək, əskinazları könüllü şəkildə təhvil verməyi məsləhət görüb.

Hüquq-mühafizə orqanları pulları könüllü qaytaranları heç bir cəzanın gözləmədiyini bildirir.

Avtosfer.az

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh