Bu avtomobilin 54 yaşı olsa da, ilk günkü kimi saz vəziyyətdədir - VİDEO
Avtodünya 4 May 2018 00:25 1163 dəfə oxunub
Bu avtomobilin 54 yaşı olsa da, ilk günkü kimi saz vəziyyətdədir - VİDEO
Heç bir detalı dəyişdirilməyən avtomobil bu günədək cəmi bir dəfə rənglənib

Bərdə sakininin qoruyub saxladığı avtomobilin 54 yaşı olsa da, ilk günkü kimi saz vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, Bərdədə köhnə avtomobil həvəskarı Vüqar Əliyevin 1964-cü ilə aid "QAZ M-21" Volqa avtomobili görənlərin marağına səbəb olur. O deyir ki, avtomobilin yaşı çox olsa da, bu günə qədər cəmi bir dəfə rənglənib, salonunda isə bir qədər yeniliklər edilib, ancaq hələ heç bir detalı dəyişdirilməyib. Bütün detalları üstündə olan maşın saz vəziyyətdədir.Onunla uzaq məsafələrə də getmək mümkündür.Köhnə model avtomobildən daha çox şəkil çəkdirmək üçün və ya gəlin maşını kimi istifadə edilir.

Vüqar Əliyev deyir ki, əgər qaneedici məbləğdə pul təklif edilsə, avtomobilini satar.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh