Azərbaycan karbamid ixracı üçün BTQ-dən istifadə edəcək

Avtoxəbər 4 May 2018 00:32 Oxunub 1109
Azərbaycan karbamid ixracı üçün BTQ-dən istifadə edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ildən sonra karbamidə tələbat hər yerdə artacaq

Azərbaycanın dövlət şirkəti SOCAR Gürcüstana və Türkiyəyə karbamid ixracı üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu istifadə etməyi planlaşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə  “Trend”ə karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.

X.Cəfərov bildirib: "Bizim əsas bazarımız Türkiyədir. Biz Türkiyəni araşdırdıq və məlum oldu ki, bu ölkəyə karbamid əsasən Misirdən və qismən Rusiyadan gedir. Amma bizim logistika kimi üstünlüyümüz var. Bundan əlavə, 2020-ci ildən sonra karbamidə tələbat hər yerdə artacaq".

Direktor qeyd edib ki, bu yaxınlarda istismara buraxılan BTQ dəmir yolu Azərbaycandan Gürcüstana və Türkiyəyə malların tez çatdırılmasına imkan verəcək: "Logistikanı nəzərə alaraq, biz BTQ-nı istifadə etməklə çox rəqabət qabiliyyətli olacağıq".

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh