Azərbaycan beynəlxalq əhəmiyyətli yol 38 km qısaldıldı - VİDEO

Yazarlar 4 May 2018 00:31 Oxunub 2685
Azərbaycan beynəlxalq əhəmiyyətli yol 38 km qısaldıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq

Ələt-Astara yoluna paralel olaraq çəkilən və İran sərhəddinə qədər uzanan yolun tikinti işləri sürətlə davam etdirilir. Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir-neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul avqust aylarında isitifadəyə verilməsi nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, umumi uzunluğu 204 kilometr olan yol 2 gediş və 2 gəliş zolağından ibarət olacaq. Yol boyu hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi ilə çəpərləmə işləri aparılıb. Bu məqsədlə yolun 55 əsas kənd və qəsəbədən keçən hissədə körpü və birləşmələr inşa edilib. Hazırki Ələt-Astara yoluna alternativ olaraq çəkilən yeni yolun pullu olması da nəzərdə tutulur.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. Avtomobil yolları dövlət agentliyi tərəfindən tikintisi aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 39 kilometr azalaraq 204 km-ə düşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh