DYP-dən «Dərnəgül yolu» ilə bağlı sürücülərə xəbərdarlıq

Yol polisi 13 Yanvar 2015 14:46 Oxunub 2301
DYP-dən «Dərnəgül yolu» ilə bağlı sürücülərə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edib; 70-dən yuxarı olmaz

Bakının yol polisi paytaxtın əsas prospektlərindən birində sürət həddi ilə bağlı xəbərdarlıq edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a deyib ki, sürücülər Ziya Bünyadov (keçmiş Dərnəgül şosesi) prospektində hələlik maksimim 70 km/saata qədər sürətlə hərəkət etməlidirlər: “Paytaxtın el arasında "Dərnəgül şosesi" kimi tanınan Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılsa da, hələlik yol boyu müvafiq sürət həddini tənzimləyən və ya hərəkətlə bağlı texniki vasitələr tam quraşdırılmayıb. Məlum olduğu kimi, yaşayış massivlərində avtomobillərin hərəkət sürəti 60 km/saat nəzərdə tutulur. Ona görə də bu yolla Qələbə meydanından metronun “Koroğlu” stansiyasına qədər hərəkət edən avtomobil sürücülərindən xahiş olunur ki, yolun yaşayış massivindən keçdiyini nəzərə alaraq prospekt boyu elektron tablolar quraşdırılanadək istər əsas, istərsə də kənar yolla hərəkət edərkən yol qəzalarının baş verməməsi üçün sürət həddini 60 km/saat, yəni maksimum 70 km/saat-a qədər seçsinlər".

Onun sözlərinə görə, prospekt boyu 4 yerdə sürət həddini bildirən elektron tabloların quraşdırılması nəzərdə tutulur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh