Bahalı maşınlar ölkəyə qaçaq yolla gətirilirmiş - 1600-ü müsadirə olundu

Avtoxəbər 4 May 2018 17:56 Oxunub 2835
Bahalı maşınlar ölkəyə qaçaq yolla gətirilirmiş - 1600-ü müsadirə olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələ ilə əlaqədar cinayət işi başlanılıb

Çinin gömrük xidməti ölkəyə qaçaq yolla gətirilən və ümumi dəyəri 1 milyard yuandan (167 milyon AB dolları) çox olan 1600-dən çox lüks avtomobili müsadirə edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Bentley”, “Land Rover” və “Porsche” modelləri də daxil olmaqla bahalı avtomobilləri ölkəyə qaçaq yolla gətirən 7 nəfər saxlanılıb. İlkin təhqiqat nəticəsində müəyyən olunub ki, Çindao şəhərində avtomobil ticarəti ilə məşğul olan iki şirkət xaricdən gətirilən lüks avtomobillərin alış qiymətinin aşağı göstərildiyi saxta sənədlər təqdim etməklə külli miqdarda gömrük rüsumundan yayınıblar. Məsələ ilə əlaqədar cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh