DİN-in hərbi qulluqçusu növbəti qələbə qazandı - FOTO

Yol polisi 4 May 2018 12:22 Oxunub 1343
DİN-in hərbi qulluqçusu növbəti qələbə qazandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş leytenant İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib

Aprelin 27-dən 29-dək Ukraynanın Xarkov şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib.Yarışda ölkəmizin milli komandası da iştirak edib.

Qeyd edək ki, artıq bu yarışın keçirilməsi ənənə halını alıb. Hər dəfə bu yarışa qatılan milli komandamız yüksək nəticələr əldə edir. Elə millimizin tərkibində “döyüşən” daxili işlər orqanlarının idmançı əməkdaşları da hər dəfə yüksək əyarlı medallar qazanır. Bu dəfə də istisna olmadı.

Komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, bütün rəqiblərini məğlub edərək növbəti dəfə Avropa çempionu adını qazanıb.

Yeri gəlmişkən, hələ kiçik yaşlarında olarkən idmanın karate-Do növü ilə məşğul olmağa başlayan İlqar ilk uğurunu Bakıda keçirilən beynəlxalq turnirdə qazanıb. Daha sonra peşəkar idmanda nailiyyətlər əldə edib. O, ikiqat dünya çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh