Onlar faşizmə qarşı döyüşüblər - FOTO

Yol polisi 4 May 2018 18:46 Oxunub 1369
Onlar faşizmə qarşı döyüşüblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis Akademiyasında Qələbənin 73-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Mayın 3-də DİN-in Polis Akademiyasında «1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 73-cü ildönümü»nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi veteranı, təqaüddə olan polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Mehdi Mehdiyev, DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və Şuranın sədr müavini, istefada olan polis polkovniki Ramiz Axundov iştirak ediblər. 

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək II Dünya müharibəsinin tarixi, “9 may - Qələbə günü”nün Azərbaycan Respublikasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması, həmin müharibədə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər barədə şəxsi heyətə məlumat verib. 

Çıxış edən müharibə veteranı Mehdi Mehdiyev keçdiyi odlu-alovlu müharibə, eyni zamanda şərəfli ömür yolu haqda söhbətlər aparıb, öz təcrübələrinə əsaslanaraq gənc nəslə tövsiyyələrini verib. İctimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov ikinci dünya müharibəsində Azərbaycan xalqının qəhrəmanlığı barədə şəxsi heyətə ətraflı məlumat verib. 

Tədbirdə həmçinin DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxış edərək respublika daxili işlər orqanları əməkdaşlarının Böyük Vətən Müharibəsinin ilk günlərindən səfərbər olaraq həm ön, həm arxa cəbhədə fədakarlıqlar göstərdiyini, müharibədə döyüşən 800 azərbaycanlı milis əməkdaşlarından 3 nəfərinin “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına, onlarla əməkdaşın orden və medallara layiq görüldüklərini bildirib. Daha sonra onların iştirakı ilə müharibədən sonrakı illərdə ölkənin ictimai asayişin qorunmasında göstərdikləri qəhramanlıqlardan söhbət açıb.

Bundan sonra Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxış edərək həmin müharibədə xaricdə yaşayan soydaşlarımızın da iştirak etdiyini və faşizmə qarşı mübarizədə böyük şücəat göstərdiklərini bildirib. 

Sonda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev gələn qonaqlara öz minnətdarlğını bildirib və gələcəkdə Akademiyada keçirilən tədbirlərdə veteranların yaxından iştirak etmələri və kursantlarla tövsiyyə xarakterli söhbətlərin aparmalarının vacibliyi vurğulanıb.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh