İki oliqarx övladının yarım milyonluq qəzası

Xəbərlər 13 Yanvar 2015 15:55 Oxunub 1656
İki oliqarx övladının yarım milyonluq qəzası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin qəzada yarasız vəziyyətə düşən avtomobillərin sahibləri məlum olub

Xəbər verdiyimiz kimi, bir müddət öncə Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. 10 KJ 200 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen”lə toqquşmuşdu. Məlumata əsasən, ciddi xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşmüşdü. Həmin qəzada yarasız vəziyyətə düşən avtomobillərin sahibləri məlum olub. Məlumata görə,"Mercedes-Benz Gelandewagen”lərdən biri Sumqayıtın məşhur iş adamlarından olan Ağamirzə Əhədovun nəvəsinin, digəri isə bir müddət öncəyə qədər "Metrotuneltikinti" ASC-nin idarə rəsi olan, Sumqayıtdakı "Nur" şadlıq evi və digər obyektlərin sahibi olar Qərib Dadaşovun oğlunundur. (mia.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh