Şamaxı yolunda “protiv” gedən “Kamaz” sürücüsü həbs edildi – VİDEO

Avtosfer TV 5 May 2018 11:06 Oxunub 3023
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mahir Baxışova 15 gün həbs verilib, sürücülük hüququ 1 il məhdudlaşdırılıb

Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytdında işıqlandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dərhal rekasiya verərək bu məsələni ciddi nəzarət altına alıb və sürücünü aşkar edib. Bu, Qobustan rayonu, Nardəran kənd sakini Baxışov Mahir Haxverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub. Qərara əsasən sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh