Təkərin partlaması faciəyə səbəb oldu - VİDEO

Avtoxəbər 5 May 2018 20:02 Oxunub 1992
Təkərin partlaması faciəyə səbəb oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yük maşınının təkərinə hava doldurarkən baş verib

Lənkəranda kişi çalışdığı iş yerində ağır xəsarət alıb. Avtosfer.az  xəbər verir ki, bədbəxt hadisə rayonun Liman şəhəri ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib.

49 yaşlı Habil Səfərov yük maşınının təkərinə hava doldurarkən təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə Habil Səfərov baş nahiyyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən yardım göstərilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az  

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh