Qumdan ev tikərək 22 ildir onun içində yaşayır - FOTO

Maraqlı 6 May 2018 09:04 Oxunub 2395
Qumdan ev tikərək 22 ildir onun içində yaşayır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Matoliasın sevdiyi 3 məşğuliyyəti var – mütaliə, qolf və balıq ovu

Braziliya sakini qumdan ev quraraq 22 ildir onun içində yaşayır. "Report" "Ren TV"-ə istinadən xəbər verir ki, 44 yaşlı Marçio Matolias dəniz kənarında böyüyüb və həyatını onun sahilində keçirib. O, artıq 22 ildir özünün qumdan tikdiyi kiçik qəsrdə yaşayır. Marçio Matolias qeyri-adi sığınacağından razıdır. İnsanlar onu "Çimərlik kralı" adlandırırlar. Onun taxtı, tacı, hətta (hökmdar) əsası da var. Matoliasın sevdiyi 3 məşğuliyyəti var – mütaliə, qolf və balıq ovu. Onun qum evində xeyli kitab mövcuddur. "Kommunal xidmət haqqı və icarə pulu vermirəm. Mənə belə yaxşıdır. Qum istinin qarşısını alır. Bəzən gecələr burda qala bilmirəm və dostumun evində gecələyirəm. Lakin dənizin yaxınlığında yatmaq xoşuma gəlir", - deyə o bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh