Dünyada hər 10 insandan  9-u çirkli hava ilə nəfəs alır - ŞOK STATİSTİKA

Yazarlar 7 May 2018 12:07 Oxunub 2930
Dünyada hər 10 insandan  9-u çirkli hava ilə nəfəs alır - ŞOK STATİSTİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın çirkliliyi insanların ömrünü 2-24 aya qədər azaldır

2016-cı ildə təxminən 4.2 milyon insan hava çirkliliyindən doğan xəstəlikdən dolayı həyatını itirib. Təxminən 3.8 milyon insan isə evdəki keyfiyyətsiz hava şəraitindən yaşadığı üçün ölüb. Havanın tərkibindəki xeyli miqdarda zərərli elementlər nəfəs yolu ilə insanın ağciyərlərinə dərindən nüfuz edərək, ya da ürək-damar sisteminə daxil olaraq insult, ürək çatışmazlığı, xərçəng və ağciyərlərin xroniki xəstəliyi, respirator xəstəliklərə səbəb ola bilər.  Avtosfer.az xəbər verir ki, medvesti.ru-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında göstərilir ki, dünyada hər 10 insandan  9-u çirkli hava ilə nəfəs alır. 

ÜST-ə əsasən, havanın ən aşağı çirklənmə səviyyəsi Avropa, Amerika, Sakit okeanın qərbində yüksək gəlirli ölkələrdə qeydə  alınır. Buna baxmayaraq, havanın çirkliliyi bu bölgələrdə daimi yaşayan insanların ömrünü 2-24 aya qədər azaldır.

Hesabatda qeyd olunur  ki, ən yüksək çirkli hava səviyyəsi isə Cənub-Şərqi Asiyada və Şərqi  Aralıq dənizində müşahidə edilir. Orada çirkliliyin səviyyəsi ilə bağlı göstəricilərin beş və ya daha çox dəfə artıq olduğu müəyyən  edilib. 

Afrika və Asiyada ölüm hallarınln 90%-i  çirkli hava ilə əlaqədar yaşanır . Bundan başqa, 3 milyard  ( planet sakinlərinin 40%-i) keyfiyyətli mətbəx texnikası olmadığından yemək  hazırlayarkən nəfəs alma zamanı toksik qazlar udurlar. Bu toksik qazlar da müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh