Bu maşından dünyada bir dənədir – O da Putindədir - FOTO

Avtosfer Foto 7 May 2018 14:22 Oxunub 3373
Bu maşından dünyada bir dənədir – O da Putindədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiya prezidenti üçün yeni limuzin hazırlandı

Pusiya prezidenti Vladimir Putin özünün dördüncü inauqurasiyasına “Kortej” (“Aurus”) adlı yerli istehsal olan avtomobillə gədib. O, limuzinin arxa sərnişin oturacağında oturduqdan sonra avtomobil motosikletçi polislərin müşaiyəti ilə Böyük Kreml sarayına doğru hərəkət edib. Bildirilib ki, rəsmi avtomobil brendi-Aurus iki söz birləşməsindən yaranıb. Brenddə Au- “Aurum” (qızıl), rus isə “Russia” deməkdir. Avtomobil Rusiya prezidenti Vladimir Putin üçün hazırlanıb.

Vladimir Putinin inauqurasiyasında 5 min qonaq olub.

Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan Prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib. 

 

Pünhan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh