Polis maşını prezidentin yanında sirena verdi - Rəisi həbs etdirdi, baş cangüdəni...

Avtoxəbər 7 May 2018 23:20 Oxunub 5776
Polis maşını prezidentin yanında sirena verdi - Rəisi həbs etdirdi, baş cangüdəni...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Artıq 10 gündür ki, rəis işə çıxmır. Yerini isə bilən yoxdur”

Özbəkistan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Əbdürrəhim Muminov vəzifəsindən azad edilib, paytaxtın yol polisi rəisi Barat Mamenov haqda isə cinayət işi açılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın “Azadlıq radiosu” iki fərqli mənbəsinə istinadən məlumat yayıb. Özbəkistan təhlükəsizlik xidməti orqanlarında çalışan mənbələrin sözlərinə görə, hər iki vəzifəlinin qovulmasına səbəb 23-24 apreldə Türkmənistan prezidentinin bu ölkəyə səfəri zamanı baş verən hadisə olub. Belə ki, prezident Daşkənddə obyektlərə baxış keçirən zamanı QAİ əməkdaşlarından biri həmin ərazidən keçmək istəyib. Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları isə sakit və səssiz keçməsi şərti ilə polis maşınına izn veriblər. Lakin QAİ əməkdaşı prezident olan ərazidən yüksək sürət və sirenanı qoşaraq hərəkət edib. Bütün bunları görən Şövkət Mirziyayev bərk qəzəblənib. Elə həmin gün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəisi Barat Mamenov beş günlük həbsə atılıb. Lakin iki gün sonra yenidən əlləri qandallı halda iş yerindən naməlum istiqamətə aparılıb. Artıq 10 gündür ki, rəis işə çıxmır. Yerini isə bilən yoxdur.

İşdən azad edilən prezidentin təhlükəsizlik xidmətinin rəhbərinə isə FHN-də yeni vəzifə verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh