İngiltərəli qız film çəkmək üçün getdiyi qəbilədə evləndirildi, FOTOLAR

Maraqlı 7 May 2018 22:43 Oxunub 2038
İngiltərəli qız film çəkmək üçün getdiyi qəbilədə evləndirildi, FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbilənin üzvləri ona yerli geyimlər geydirib, ənənəvi içkiləri olan çiça içirdib

İngiltərədən sənədli film çəkmək üçün Ekvadordaki Huaroani qəbiləsinin yaşadığı əraziyə gedən Sarah Begum heç gözləmədiyi bir hadisəylə qarşılaşıb. Avtosfer.az xəbər verir ki, Amazondaki petrol firmalarının təbiətə vurduqları zərəri insanlara göstərmək üçün 3000 nəfərlik Huaroani qəbiləsi ilə yaxınlaşan Begum gözlənilməz bir qərarla qəbilənin savaşçılarından biri ilə evlənib.

Daha əvvəl 1950-ci illərdə amerikalı missionerlərin girməyə çalışdığı qəbilə 5 missioneri öldürmüşdü.

Qəbilənin kəndində sadəcə 2 həftə keçirən Sarah Begum bir gün çağırıldığı bir daxmada bir mərasimlə qarşılaşıb. Qəbilənin üzvləri ona yerli geyimlər geydirib, ənənəvi içkiləri olan çiça içirdib.

Daha sonra həqiqəti başa düşən Begum özündən 30 yaş böyük olan Ginkto adlı bir savaşçı ilə ənənəvi qəbilə mərasimi ilə evlənib.

Qəbilə üzvləri təsərrüfatlarına zərər verən petrol firmalarına qarşı film çəkdiyinə görə Saraha öz təşəkkürlərini bildirib və bu evliliyin tamamilə simvolik olduğunu deyiblər.

Qəbilə arasında çox yaxşı qarşılandığını deyən Sarah İngiltərəyə qayıtdıqdan sonra da qəbilə üzvləri ilə əlaqəsini kəsməyib.

Avtosfer.az

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh