28 ildir maşın sürən deputat elə şeylər danışdı ki... – Bahalı maşın, bahalı nömrə...

Yazarlar 8 May 2018 08:07 Oxunub 4054
28 ildir maşın sürən deputat elə şeylər danışdı ki... – Bahalı maşın, bahalı nömrə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəzail İbrahimli: “Harın sürücü ilə özündənrazı piyada eyni tipdir”

“Sükan arxasında oturan sürücü maddi durumu, siyasi mövqeyi və bu kimi hallardan asılı olmayaq bir həqiqəti dərk etməlidir ki, avtomobilin təfəkkürü yoxdur.”  Bunu Avtosfer.az-a aşıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Millət vəkilinin fikrincə, “təfəkkürü” avtomobilə ötürən onu idarə edən şəxsdir. “Yollarda qəzalara səbəb bir qrup sükan arxasında olan təfəkkürü aşağı insanlardır. Onlar dərk edə bilmirlər ki, qəza baş verə bilər və ağır nəticəsi olar. Ona görə də, bu cür şəxslər özünü təhlükəyə atır, başqalarının həyatını da məhv edir. Bu insanlar sürət həddini aşır, sağdan-soldan ötmə edir və təhlükəni sanki duymurlar”.

F.İbrahimli bildirib ki, bəzi sürücülər ancaq radarın yanından keçəndə sürəti zəiflədir. “Bir çoxları bəlkə də cərimə qorxusundan aşağı sürətlə sürür. Amma radarı keçən kimi yenə bildiyini edir. Bu insanlar sanki unudurlar ki, özləri ilə həyat arasındakı vida bir dəqiqədə baş verə bilər”.

Bir qrup insanlar da var ki, həyatda necə harınlıq edirlərsə sükan arxasında da eyni işi təkrarlayır. “Bunlar elə bilirlər ki, hamı bunlara yol verməlidir, qarşılarından çəkilməlidir. Bəzən orta məktəbi təzə bitirmiş uşaqlar elə maşınlar sürür ki, adam dəhşətə gəlir. Bu yaşda uşaqların ağlı hər zaman hisslərindən geridə qalır. Bu uşaqları bəzən elə harınladırlar ki, ailədə necədirsə, yollarda da o cür olmasını istəyir. Məsələn, ata-ana, qohum-əqraba bunun qarşısından çəkilir, ərköyünlük edirlər. Bu uşaq da elə fikirləşir ki, sükan arxasında da belə olmalıdır. Amma maşın buna baxmır axı.”

Deputat deyib ki, paytaxtda qəzaların qarşısının alınması üçün kifayət qədər işlər görülür. “Məsələn, mənim yaşadığım binanın qarşısında piyadalar üçün xətlər çəkilib. Amma təəssüf ki, nə piyadalar, nə də sürücülər qaydalara əməl etmirlər. Deyək ki, böyük bir maşın dalğası gəlir. Bir nəfər də piyada var. Piyada təkdir və cəmi bir dəqiqə gözləməklə maşın dalğasını buraxıb sonra keçə bilər. Amma “yol mənimdir” deyərək özünü maşınların altına atır. Bu yolu ilk dəfə gələn şəxs də keçidi ancaq çatana yaxın görür. Nəticədə piyadavurmalar olur.”

F.İbrahimli bildirib ki, ancaq sürücüləri və yaxud piyadaları qınamaq lazım deyil. “Məsələn, sürücü avtomobildən düşən kimi olur piyada, yaxud da, əksinə. Odur ki, burada ümumi olaraq insanlara müraciət etmək lazımdır. Harın sürücü ilə özündənrazı piyada eynidir. Bunlar toqquşanda həyatlar məhv olur””

F. İbrahimli bildirib ki, bu istiqamətdə təbliğat işləri aparılsa da burada əsas məsələ insanların özlərini dərk etməsidir. “1990-cı ildən sükan arxasındayam. İndi də sürücüm yoxdur. Avtomobili özüm idarə edirəm. Bəzən olur ki, bahalı bir maşında bir uşaq mənim qarşımda oyun çıxardır. İndi mən durum onunla nə danışım. Bunlar birdir yə iki...”.

Millət vəkili bildirib ki, bəzən avtomobilin bahalı olması və bahalı nöməryə malik olması ilə yollarda hərəkət tənzimlənir. “Bəzən görürsən ki, balaca uşaqdır, ağzından süd iyi gəlir, peçenyə ilə böyüyüb, amma elə siqnal verir ki, adam dəhşətə gəlir. O zaman deyirəm ki, Tanrım, bunun valideynlərinə rəhm elə. Çünki su səhəngi, su yolunda sınır”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elcan 11 May 2018 09:10
Fezail muellim, her kese deyirsiniz ki peceyneyle boyuyubdur,goresen siz ozunuz ne ile boyumusunuz....