Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücülər - VİDEO

Xəbərlər 29 Yanvar 2015 22:53 Oxunub 1650
Sükan arxasında çay içən, sənədsiz maşın sürən avtobus sürücülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat müfəttişləri bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edib

Sükan arxasında çay içən, vahid geyim qaydasına əməl etməyən, sənədsiz maşın sürən və nəqliyyat vasitəsini çirkli saxlayan sürücülər. Avtosfer.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, bu hallara Gəncədə avtobus sürücülərinə qarşı keçirilən reyddə rast gəlinib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC-nin birgə həyata keçirdiyi reyd müxtəlif qayda pozuntularına qarşı mübarizə aparmaq məqsədi daşıyıb.

Nəqliyyat müfəttişləri bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edib. 10 sürücüyə cərimə protokolu tərtib olunub, 5 avtobus isə xətdən çıxarılıb. Bəzi sürücülər iradlarla razılaşmasa da, qayda pozanlara qarşı müvafiq tədbirlər görülüb. Reydlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh