Bakıda "Mercedes" ağaca çırpıldı, yaralı var

Qaydalar 8 May 2018 02:15 Oxunub 1781
Bakıda "Mercedes" ağaca çırpıldı, yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir

Bakıda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Sabunçu Dövlət Yol Polisindən verilən məlumata görə, Kürdəxanı qəsəbəsində 1996-ci il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkət olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Ş.Əkbərov hadisə zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh