Bakıda 2 körpə uşağı öldürən sürücünün istəyi reallaşmadı

Yol polisi 29 Yanvar 2015 22:58 Oxunub 1656
Bakıda 2 körpə uşağı öldürən sürücünün istəyi reallaşmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pərviz Heydərov barəsində çıxarılmış 8 il müddətinə həbs qərarı qüvvədə saxlanılıb

Bakı Apelyasiya Məhkəməsində iki azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa satıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Hakimlər kollegiyasının qərarı ilə Pərviz Heydərovun apelyasiya şikayəti təmin edilməyib və onun barəsində çıxarılmış 8 il müddətinə həbs qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, yol qəzası keçən il Suraxanı rayonu Hövsan-Zığ yolunda baş verib. Bakı şəhər sakini Pərviz Heydərov idarə etdiyi “İsuzu” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub. Nəticədə, Pərviz Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İSUZU” markalı avtomobilin sürücüsü Pərviz Heydərov xəstəxanaya yerləşdiriliblər. Aparılan araşdırma zamanı Pərviz Heydərov un yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydasını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Heydərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Heydərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh