Bakıda «avtoş»un ölümünə hərəkəti - VİDEO

Avtoxəbər 5 Fevral 2015 01:01 Oxunub 5504
Bakıda «avtoş»un ölümünə hərəkəti - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərin mərkəzində avtomobili ard-arda iki təkər üzərində sürüb qaçdı

Avtoxuliqanlara qarşı yol polisi tərəfindən aparılan mübarizə nə qədər intensiv halırsa, «avtoş»ların sayı və təhlükəli əməlləri də bir o qədər çoxalır. Hətta, iş o yerə çatıb ki, avtoxuliqanlıqla məşğul olanlar özlərini sosial şəbəkələrdə təbliğ də edirlər. Avtosfer.az-ın təqdim etdiyi bu video facebookda «Avto Xuliqan» adlı qrupda yayılıb. Videonun həmin qrupda yerləşdirilmə tarixi yanvarın 25-i göstərilir. Videonun altında isə belə bir qeyd var: «Rasim 097. Dal-badal 2 təkər!)».

Videodan görünür ki, ağ rəngli «VAZ-2107» markalı avtomobilin sürücüsü təhlükəli manevrlər etməklə maşını ard-arda ikitəkər qaldırıb sürətlə aradan çıxır. Ətrafdakı insanlar isə bu «şou»nu maraqla izləyib telefonun kamerasına çəkirlər.

Videodan o da aydın olur ki, «avtoş»lar adətən gecə yarısı şəhərə çıxıb müəyyən qədər qaranlıq məkanlarda öz «məharətlərini» nümayiş etdirirlər.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh