Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb

Qaydalar 8 May 2018 14:36 Oxunub 1869
Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib

Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini  olan piyadanın həmin gün saat 20 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri  nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh