Bunu etməyən sürücülər zərərə düşə bilər - Video

Avtoxəbər 8 May 2018 22:48 Oxunub 3202
Bunu etməyən sürücülər zərərə düşə bilər - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir

Havaların isinməsi ilə bəzi sürücülər indidən avtomobillərdə kondisionerlərin istifadəsinə başlayıb. Avtosfer.az xəbər verir ki, uzun müddət istifadə edilməyən kondisionerlərdə sonradan bir sıra problemlər üzə çıxa bilər.

Avtomobillərdə tez-tez rast gəlinən əsas problem isə kondisionerlərdə qazın azalmasıdır. Bəzi sürücülər buna əhəmiyyət verməsələr də, sonradan daha çox xərcə düşə bilərlər.

Kondisioner ustası Qabil Əliyev deyir ki, salon filtrlərinin təmizlənib, yenidən istifadəsi ümumiyyətlə məsləhət deyil. Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir. Kondisionerə isə ən azı iki ildən bir xüsusi aparatlar vasitəsilə qaz-freon vurulmalıdır.

Kondisioneri olmayan avtomobillərə də bu sistemin quraşdırılması mümkündür. Bu isə avtomobil sahibinə ən azı 1500 manata başa gəlir.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh