8200 evakutorları Bakıda belə fironluq edir  - VİDEO

Yol polisi 29 Yanvar 2015 23:07 Oxunub 2130
8200 evakutorları Bakıda belə fironluq edir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evakuatorlar polisin gözü qarşısında yolun istənilən hissəsində dayanıb qəza şəraiti yaradırlar

Baxış Süleymanov adlı oxucumuz Bakıda evakuator sürücülərinin özbaşına hərəkətləri ilə bağlı daha bir videomateriallar göndərib. Avtosfer.az isə əvvəlki və yeni videoları birlikdə təqdim edir.

Görüntülərdən aydın olur ki, Bakının «Dərnəgül yolu» kimi tanıdığımız ərazisində – «Elit» ticarət mərkəzinin yaxınlığında bir neçə evakuatlr gündüz və qaranlıq vaxtlarda yolun hərəkət hissəsini bağlayırlar. Həmin ərazidə yolun hətta iki zoalığını zəbt edən evakuatorlar həm sıxlıq, həm də təhlükəli vəziyyət yaradırlar. Kadrlardan o da məlum olur ki, evakuator sürücülərinin bu özbaşınalığı hətta polislərin gözü qarşısında da baş verir. Onlar həm yolun hərəkət hissəsini tuturlar, həm də avtomobili istədikləri kimi idarə edirlər. 

Videodan aydın olur ki, evakutorlardan bir neçəsi 8200 evakuasiya xidmətinə məxsusdur. Avtosfer.az həmin ərazidə qayda pozan, sıxlıq və təhlükə yaradan evakuatorların dövlət nömrə nişanlarını təqdim edir:

 

99 BD 035 

99 JG 180

90 SP 164

90 UJ 464

99 JD 822

 

İnanırıq ki, Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı tədbir görəcək. Çünki yolda tıxac və ya digər problem yarandıqda bundan elə DYP əməkdaşları da əziyyət çəkirlər. Hər halda, fakt göz qabağandadır.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh