Maşının mühərrik nömərsi "texpasporta" yazılmayanda nə olacaq? - VIDEO

Yazarlar 11 May 2018 10:50 Oxunub 44064
Maşının mühərrik nömərsi "texpasporta" yazılmayanda nə olacaq? - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu problem hansısa qaydada həll olunmalıdır

Avtomobilin mühərikinin nömrəsi məsələsi sürücülər tərəfindən qabardılıb. Belə ki, bəzi avtomobillərdə mühərikdə problem yaranır və dəyişdikdə nömrəsiz mühərrik qoyulur. Sürücü yenidən qeydiyyata getməli və təzə texniki pasport almalıdır. Amma bir çox avtomobillərin isə motoru nömrəsizdir və texniki pasportda da yazılmayıb. 

Bu barədə DYP-yə müraciət edən Sahil usta bildirib ki, əgər motorun nömrəsi onun oğurlanmasının qarşısını almaq üçündürsə niyə bütün avtomobillərdə yoxdur? Yox əgər belə deyilsə o zaman nömrənin texniki pasporta yazılmasına nə lüzum var? Yəni, bu problem hansısa qaydada həll olunmalıdır. Ya ümumiyyətlə nömrə yazılmır, ya da hamısı üçün yazılmalıdır. O zaman isə minlərlə nömrəsiz motorlu avtomobil sürən sürücülər gərək mühəriki dəyişsin.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, belə avtomobil yol polisi tərəfindən aşkar olunarsa cərimə meydançasına aparıla bilər. Bunun üçün hətta təhqiqat da aparılması mümkündür. Əgər sübut olunsa da ki, avtomobilin üzərindəki nömrəsiz mühərrik oğurluq deyil, o zaman heç bir problem olmayacaq. Belə hallar xüsusən texniki pasportda mühərrikin nömrəsi yazılan, lakın baxış zamanı mühərrikin nömrəsiz olduğu aşkarlanan avtomobillərlə bağlı baş verir. Lakin əvvəlvədən DYP-də nömrəsiz mühərriki qeydə aldırıb texniki pasportda da mühərrikin nömrəsiz olduğunu qeyd etdirən sürücülər hər hansı problemlə üzləşməyəcək.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Osman 3 Fevral 2022 06:41
Texpasportda masinin rəngini dəyişmək
Mehemmed 26 İyul 2020 15:53
Evvala salam sualimi cavablandirsaniz sevinerem menim 1999 ci buraxiliwli lada vaz 2107 di markali afdomobilim var uzun mudet iwdediyi ucun muheriki temirolunmaz halda idi ve mende bawqa muherik qoydum amma yeni qoydugum muherrikin uzerinde muherrik nomresi yoxuydu amma texpasportda ise kohne muherrikin nomresi qeydealinib indi ise bu afdomobilimi yaxin bir qohumuma vermek isdeyirem amma texpasportda kohne muherrikin nomresi qeyde alindigi ucun yenimuherikin uzerinde hec bir nimre olmadigindan nece edeceyimi bilmirem bu hakda mene komeklik ede bilseydiniz cox sevinerdim