Yol qanunlarını sərtləşdirmək lazımdır - Millət vəkili

Yazarlar 11 May 2018 11:11 Oxunub 1321
Yol qanunlarını sərtləşdirmək lazımdır - Millət vəkili
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jalə Əliyeva: "Evdən çıxanda sürücü fikirləşməlidir ki..."

“Nədənsə sürücülərimizdə diqqətsizlik, gərginlik var. Sanki hara getməklərindən asılı olmayaraq tələsirlər.” Bunu Avtosfer.az-a millət vəkili Jalə Əliyeva deyib. Xanım deputat bildirib ki, istənilən halda sürücülər onların yolunu gözləyənləri düşünməlidir. “Onu dərk etmək lazımdır ki, axşam valideynlərinin, ailəsinin, övladlarının yanına qayıtmalıdır. Mən Türkiyədə bunu görmüşəm ki, avtomobilin arxasına “Ata səni gözləyirəm”, “Yavaş sür”  vəs şüarlar yazılır. Bəlkə bizdə də bu tətbiq edilsə yaxşı olar.” J.Əliyeva bildirib ki, son vaxtlarda avvtomobillərin sayı da artıb. “Bəzən görürsən ki, bir ailədə 2-3 avtomobil var. Yola çıxanda hər kəs öz maşını ilə çıxır. Bəlkə də elə problemlərin biri də budur".

Millət vəkili hesab edir ki, qaydaları bir az da sərtləşdirmək olar. “Çünki başqa çıxış yolu qalmır. Maaifləndirmə ilə nəticə əldə edilmədikdə, inzibati tədbirləri gücləndirmək lazım gəlir. Bəlkə qaydalar sərtləşdirisə təsi ola bilər.” Jalə Əliyeva piyadavurmalar məsələsinə də toxunub. Bildirib ki, çox zaman piyadavurlarda sürücüəri günahkar bilsələr də piyadalar daha çox səhvə yol verir: “Bəzən piyadalar nəzərdə tutulmuş keçiddən istifadə etmirlər. Nəticədə ölüm halları baş verir.  Yaxud, magistral yolda valideyn uşaqla birgə yol çıxır, eyni zamanda uşaqları nəzarətsiz buraxırlar.”

J.Əliyeva onu da əlavə edib ki, qanunları sərtləşdirməklə iş bitmir. Maifləndirmə olmalı, insanlar özləri dərk etməlidirlər. “Evdən çıxanda sürücü fikirləşməlidir ki, 5 dəqqiqə tez çatmaq istəməsi ona həyatı bahasına başa gələ bilər.”

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh