Polis yanan maşından sürücünü belə xilas etdi – VİDEO

Avtosfer TV 9 May 2018 21:18 Oxunub 2857
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü od tutub yanan avtomobildə çaşqın vəziyyətdə qalıb

Nyu-York şəhər polis idarəsinin əməkdaşları Rosel Parkı yaxınlığında yanan avtomobilldən sürücünü xilas edib. Avtosfer.az xəbər verir ki, əməliyyatın görüntüsü asayış keşikçilərinin uniformasına bərkidilən kameranın obyektivinə düşüb. Kadrlarda sürücünün od tutub yanan avtomobildə çaşqın vəziyyətdə qaldığını və maşını tərk edə bilmədiyini görmək olur. Sürücü sadəcə sükandan möhkəm yapışıb və ölümünü gözləyib. Polis əməkdaşları dərhal müdaxilə edərək onu avtomobildən çıxarıb və partlayış baş verməmiş təhlükəsiz əraziyə təxliyyə edib.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh