Yol nişanı olsa da, piyada zolağı yoxdur - TƏHLÜKƏ, VİDEO

Avtosfer TV 9 May 2018 23:53 Oxunub 1937
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu küçədə piyada zolağı silinib

Gənclər sürətlə hərəkət edən avtomobillərin arasından keçmək istəyirlər. Digər piyadalar isə yolu keçmək üçün dəqiqələrlə gözləməli olur. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzədə küçəsindən gedir. Bu küçədə piyada zolağı silinib. Bu isə ətrafda yaşayanlar üçün çətinliklər yaradır.

Belə ki, yolun hər iki tərəfindən piyada keçidini bildirən nişan var, amma dayanma və durma qaydasını pozan avtomaşınlar təhlükəni daha da artırır. Əraziyə bələd olmayan sürücülər həmin nişanı görmədiyi üçün ərazini gəldikləri sürətlə də keçirlər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək. Əgər həqiqətən də piyadaların dediyi kimi ərazidə problem varsa, zolaqlar yenidən rənglənərək təhlükəli vəziyyət aradan qaldırılacaq. O ki qaldı dayanma və durma qaydasını pozan sürücülərə, onlar da cərimə ediləcəklər.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh