Deputatlar şou-biznes nümayəndələrinə uduzdular -FOTOLAR

Gündəm 9 May 2014 21:08 Oxunub 1643
Deputatlar şou-biznes nümayəndələrinə uduzdular -FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Millət vəkilləri məğlubiyyətin "günahını" Zahid Orucla Fuad Muradovun zəif oyununda görürlər

Bu gün şou-biznes nümayəndələri ilə millət vəkilləri futbol oynayıblar. “Qafqazinfo”nun məlumatına görə, oyun 1:0 şou- biznes nümayəndələrinin xeyrinə başa çatıb. Oyunda deputatlardan Qüdrət Həsənquliyev, Adil Əliyev, Zahid Oruc, Ülvi Quliyev, Fazil Mustafa, Siyavuş Novruz, Fuad Muradov oynayıb,  qapını isə Rauf Əliyev qoruyub. Şou biznes nümayəndələrindən isə meyxanaçı Vüqar, skripkaçı Səlim oynayı, qapıda isə Aşıq Əli dayanıb. Deputatlar hesab eliyirlər ki, oyunu uduzmalarına səbəb Zahid Orucun və Fuad Muradovun zəif oyun nümaiş etdirməsi olub. Eyni zamanda şou-biznes n&uuuuml;mayəndəsinin qapısını qoruyan Aşıq Əlinin kilolu bədən quruluşu da deputatlara qapıdan qol keçirməyə imkan verməyib. 

 

Qeyd edək ki, Olimpiya Yığma Komandalarının Təlim-Məşq Bazasında keçirilən mini-turnir Heydər Əliyevin anada olmasının 91-ci ildönümünə həsr olunub.   

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh