Müasir tələblərə cavab verən avtobus şirkəti sürücüləri tam nəzarətə götürüb - FOTO

Avtodünya 10 May 2018 20:57 Oxunub 2027
Müasir tələblərə cavab verən avtobus şirkəti sürücüləri tam nəzarətə götürüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Xaliq Faiqoğlu" Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir keçirib

Bu gün “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirilib. Şirkətin müasir standartlara cavab verən Təmir Mərkəzində təşkil edilmiş tədbirdə MMC-nin rəhbərliyi, dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri, eləcə də sürücü heyəti iştirak edib. Tədbiri giriş nitqi ilə açıq elan edən “Xaliq Faiqoğlu” MMC-nin baş direktoru Faiq Seyidov Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət olduğunu, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandığını bildirib. O qeyd edib ki, məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub: “Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycanda nəqliyyat və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri bu gün onun özünün banisi olduğu müasir Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Onun işləyib hazırladığı Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasında nəqliyyat sektoru xüsusi yer tutur. Biz bunu fəaliyyət göstərdiyimiz 16 illik dövrdə hər zaman hiss etmişik. Məhz ulu öndərin qoyub getdiyi xəttin davamıdır ki, bu gün paytaxt Bakıda nəqliyyatın əsas istiqamətlərindən biri olan avtobus sərnişindaşıma sahəsi inkişaf edir və yüksək nəticələr əldə edilir”.

Şirkət rəhbəri xüsusi ilə vurğulayıb ki, dövlət rəhbərliyinin diqqəti və dəstəyi nəticəsində bu gün paytaxt Bakıda müasir sərnişindaşıma xidmətlərinin göstərilməsi istiqamətində işlər görülür və yeni layihələr həyata keçirilir: “Şirkətimiz Bakı şəhərində elektron ödəmə sistemini tətbiq edən ən böyük daşıyıcı qurumdur. Artıq 8 müntəzəm marşrut xətti üzrə BakıKart sistemi tətbiq edilib və müvəffəqiyyətlə bu işləri davam etdiririk. Elektron ödəmə sisteminin tətbiq edildiyi 154 avtobus ən müasir standartlara cavab verir və yüksək keyfiyyətli sərnişindaşıma xidməti göstərir”.

Faiq Seyidovun nitqindən sonra şirkət əməkdaşları təqdimat xarakterli çıxışlar edərək son illərdə görülmüş işlər və əldə edilmiş nailiyyətlərdən bəhs ediblər.

Daha sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çıxış edərək yüksək keyfiyyətli sərnişindaşıma xidmətinin təşkilinə görə “Xaliq Faiqoğlu” şirkətinin rəhbərliyinə təşəkkür edib. O bildirib ki, müasir standartlara cavab verən avtobusların çoxluğu, keyfiyyətli sərnişindaşımanın tətbiq edilməsi Bakı şəhərinin nəqliyyat yükünün azaldılmasın, tıxacların qarşısının alınmasına böyük fayda verə bilər. Yol polisi rəsmisi sürücülərin də bəzi məsələlərdə diqqətli olmasını, sərnişinlərdə yol-nəqliyyat mədəniyyətinin formalaşdırılmasını xahiş edib.

Bundan başqa tədbirdə iştirak edən ekspertlər öz təkliflərini və Bakı şəhərindəki sərnişindaşıma fəaliyyəti ilə bağlı görmək istədikləri yenilikləri çatdırıblar. Nəqliyyat sahəsində tanınmış ekspertlər Ərşad Hüseynov, Tural Yusifov, Hüseyn Abdullayev, Elməddin Muradlı  və digərlərinin iştirakı ilə təşkil edilən ümumi paneldə maraqlı diskussiya keçirilib. Müzakirələr zamanı müxtəlif təkliflər irəli sürülüb, gələcək planlardan söz açılıb. Həmçinin ekspertlər sürücülərə tövsiyələrini veriblər, bu tipli tədbirlərin tez-tez keçirilməsinin çox faydalı olduğunu vurğulayıblar.

 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh