Bakıda avtomobil bazarında QİYMƏTLƏR

Avtoxəbər 10 May 2018 21:27 Oxunub 1531
Bakıda avtomobil bazarında QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb

Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bunu “Trend”ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, Bakıda mart ayı ərzində əvvəlki aya nisbətən avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb. Onun sözlərinə görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub və əvvəlki ayla müqayisədə orta qiymət 2.5 faiz artıb.

N.İbrahimovun sözlərinə görə, ümumi təklif portfelinin 88 faizini benzin mühərriki ilə olan avtomobillər, 12 faizini isə dizel mühərriki ilə olan avtomobillər təşkil edib. Bunlardan isə 67 faizini avtomat sürət qutusu, 33 faizini isə mexaniki sürət qutusu ilə olan avtomobillər təşkil edib.

Ekspert bildirib ki, benzin ilə olan avtomobillərin orta qiyməti 22,263 manat, dizel ilə isə avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı əsasən benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh