Sumqayıtdakı 3 nömrəli marşrut xəttində süni qiymət artımı - VİDEO

Xəbərlər 10 May 2018 21:55 Oxunub 1796
Sumqayıtdakı 3 nömrəli marşrut xəttində süni qiymət artımı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artım bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılızığına səbəb olub

Sumqayıtda fəaliyyət göstərən 3 nömrəli marşrut xəttində süni qiymət artımı olub. Avtosfer.az xəbər verir ki, qiymət 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Qiymət artımı ilə bağlı artıq marşrut avtobuslarına elan da vurulub. Sözügedən avtobuslar Sumqayıt şəhərinin Sülh küçəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur. Avtobuslarda qiymət marşrut xəttinin bağlı olduğu ''Nəqliyyat'' MMC tərəfindən artırılıb. Qiymət artımı bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılızığına səbəb olub. Marşrut sürücülərinın sözlərinə görə, artım ilə bağlı göstəriş şirkətdən verilib.

Xətt dispetçerləri də qiymət artımının müdriyyət tərəfindən edildiyini dedilər.

Fakt ilə bağlı sözügedən şirkətlə əlaqə saxlasaq da, qurumun rəisi Xannı Rüstəmov məsələyə münasibət bildirməkdən boyun qaçırdı.

 

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh