Ramil Usubovdan yeni rəis - Təyinatı
Yol polisi 10 May 2018 22:39 1805 dəfə oxunub
Ramil Usubovdan yeni rəis - Təyinatı
Bölmə rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib

Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub. Avtosfer.az-ın ölkə.az-a istinadən məlumatına görə, daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib.

Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb. 

Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis  təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh