Bakının "ən varlı" qəsəbəsi: marşrutdan çox taksidən istifadə edirlər - SƏBƏB

Xəbərlər 10 May 2018 23:04 Oxunub 3086
Bakının "ən varlı" qəsəbəsi: marşrutdan çox taksidən istifadə edirlər - SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər gün bu yolu getmək üçün 3 marşrut dəyişməli oluruq"

Qaradağ rayonunun Bakıya ən yaxın qəsəbələrindən biri olan Lökbatandan şəhərin mərkəzinə gələn qəsəbə sakinləri hər gün 3 marşrut dəyişməli olurlar. Bu barədə Qaynarinfo-ya şikayət daxil olub. Şikayətdə bildirilir ki, Lökbatan qəsəbəsinin Yeni binalar yaşayış massivində yaşayanlar şəhərin mərkəzinə gəlmək üçün 3 marşrut dəyişməli olurlar. Belə ki, sakinlər qəsəbə mərkəzinə gəlmək üçün 111, qəsəbə mərkəzindən "Binə" ticarət mərkəzinə qədər 124, oradan da 28 May metro stansiyasına gəlib çıxmaq üçün 125 nömrəli marşrutdan istifadə edirlər. Bu da paytaxtda çalışanlar üçün böyük problemlər yaradır. "Əvvəllər qəsəbədən 28 May metro stansiyasının yanına birbaşa marşrutlar işləyirdi. Lakin uzun müddətdir ki, bu marşrutların hərəkət cədvəlində dəyişiklik edilib. İndi hər gün bu yolu getmək üçün 3 marşrut dəyişməli oluruq. Bu da gündəlik 1 manat, 1 manat 50 qəpik yol pulu deməkdir. Aylıq məvacibi az olan insanlar üçün isə bu, daha böyük çətinliklər yaradır. Həm pulumuz gedir, həm də vaxtımız. Gecikəndə 3 marşrut dəyişməmək üçün məcbur qalıb manatlıq taksilərlə işə gedirik. Görünür yeni yaradılan sistem hər 3 marşrutun qazanması üçün düşünülüb", - deyə şikayət mətnində qeyd olunub.

Məsələ ilə bağlı Bakı Şəhər Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, Bakı Nəqliyyat Agentliyi qeyd olunan ərazi də daxil olmaqla bütün ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə əlaqələndirmək üçün müntəzəm marşrut xətləri üzərində iş aparır. "İnkişaf etmiş iri şəhərlərin bu sahədəki praktikası və şəhərimizin reallıqları nəzərə alınmaqla fəaliyyət planı hazırlanır. Bu planın icrası ilə qeyd etdiyiniz məsələlər də həllini tapmış olacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh