Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR: Yaxın günlərdə...

Yeniliklər 11 May 2018 10:29 Oxunub 1557
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR: Yaxın günlərdə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslarımızda havalandırma sistemi hazırda işləyir

Havanın tempraturunun yüksəlməsi ictimai nəqliyyatda bəzi problemləri yenidən gündəmə gətirib. Metbuat.az-a müraciətlərində sərnişinlər bildirirlər ki, “BakuBus”a məxsus avtobuslarda bu sistem işə salınmır. Sürücü isə bununla bağlı heç bir məsuliyyətinin olmadığını bildirir. İnsanlar çıxış yolu kimi avtobusların kiçik pəncərələrini açsalar da, bu, onları qane etmir. “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə avtobuslarda kondisonerlər də işə salınacaq: “Avtobuslarımızda havalandırma sistemi hazırda işləyir. Ehtiyac yaranarsa, yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur. Yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi, avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh